Xəbər Lenti
Baxış Sayı: 533

Nikol Paşinyan:

Lənətə gəlsin əcdadlarımız, saxta tariximiz... – 

“Ermənistanın səsi” vaxtilə özünün bir buraxılışında Nikol Paşinyanın “Qəhrəmanlıq tarixini unutmaq” adlı məqaləsini səsləndirib.Bu məqalə ilə tanışlıqdan sonra güman etmək olardı ki, Nikol Paşinyan normal düşünən bir isandır. O,   hətta parlamentə: “Dağlıq Qarabağa yüksək statuslu muxtariyyat verilməsinə razısınızmı?” sualı ilə müraciət edəndə də  belə düşünmək olardı. Lakin o xalqı meydanlarda olduğu kimi siyasətdə də oz arxasınca apara bilmədi. Başa düşmədi ki,  qəddar pavlikianların varisləri olan ermənilər  ona görə qurduqları dövlətlərdən, yaşadıqları ərazilərdən zaman-zaman qovulublar ki, onlar heç zaman qonşuları ilə dinc - yanaşı yaşa bilməyiblər,onlarla yola getməyiblər. Ona  görə də Paşinyan eyforiyaya qapılaraq meydanlarda arxasınca apardığı insanların dalına düşdü, bir zamanlar özünün də inkar etdiyi, yüz illərdən bəri ermənilərin uydurduqları saxta  tarixin həqiqət olmasına inandı.

Görün sözügedən məqalədə Paşinyan nə yazırdı:

“. Erməni xalqı öz ziyalısına qulaq asmaqdan qəti şəkildə imtina edir və tarixdən nəticə çıxarmaqla bağlı çağırışların getdikcə daha populyar olması da bundan xəbər verir. Ola bilər ki, buna səbəb tarixdən nəticə çıxarmağa çağıran ziyalının daha sonra erməni xalqının bizim biabırçı və alçaldıcı keçmişimizi qəhrəmanlıqlarla dolu kimi göstərən tarixçiləri anlayıram. Onlar həqiqi tarixin bizi sındıra, alçalda biləcəyini düşünürlər. Ancaq saxtakarlıq daha çox dağıntıya səbəb olur və bizə dayanmağa, minillik alçaldılmamızı qırmağa icazə vermir. Deməli, biz öz tariximizdən hansı nəticəni çıxara bilərik?

Gəlin, onu unudaq. Gəlin, hər şeyi tamamilə sıfırdan başlayaq. Elə bil ki, Tanrı bizi indicə yaradıb və biz keçmişdə mövcud olmamışıq. Təsəvvür edirsiniz, nəfəs almaq necə də asan olacaq? Gəlin, təsəvvür edək ki, Mesrop Maştots indicə qəhrəmanlıq tarixi barədə əfsanələr yazmağa, əcdadlarımızı tərif etməyə və ucaltmağa başlamamışdır. Ümumiyyətlə isə əcdadlarımızı obyektiv qiymətləndirmək bir iş, onları tərifləmək tamam başqa işdir.

 

Gəlin əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik bir sual ünvanlayaq: bu əcdadlarımız bizə nə vəsiyyət etdi, özlərindən sonra nə qoyub getdilər?

Heç bir şeydən daha artıq bir şey. Çünki “heç bir şey” – bu bizin sıfırdan başlamalı olduğumuz haldır, ancaq biz bilinmir hansı mənfidən başlamalıyıq. Çünki bizim əcdadlarımız bizə sadəcə belə soyqırımlar, alçaldılmalar, satqınlıqlar və əxlaqsızlıqlar ehtiyatı miras qoyublar. Belə görünür ki, bunu aradan qaldırmaq çətin, həddən artıq çətindir.

Mən bizim atalarımızı qınayıram və onları lənətləyirəm. Çünki onlar bizim bu gün daha ləyaqətli və qürurlu yaşamağımız üçün heç bir şey etməyiblər.

Bizim əcdadlarımız ən azından öz nəsillərinin qeydinə heyvanların instiktiv şəkildə öz nəsillərinin qeydinə qaldığı kimi də qalmadı. Mən bizim əcdadlarımızı tərif edən hər kəsi qınayıram. Bununla da sadəcə bundan sonrakı nəsillərin layiqli və güclü vətənə sahib olmaq hüququnu inkar edir, bizə, yaşayanlara isə gələcək nəsillərə heç bir şey vəsiyyət etməmək haqqını bəxş edirlər. Əcdadlarımızı tərənnüm etməklə onlar indiki erməni məmurlarının təkəbbürlü gedəçələri kimi primitiv tərbiyə almamış oğlunun xəyanətinə məruz qalan Böyük Tiqran adlandırılan şəxsin öz tacını Roma hökmdarının altına atdığı həmin vaxtdan başlayan və artıq iki min ildən artıqdır ki, içində olduğumuz bu sonsuz prosesə sadəcə yeni təkan verirlər.

Ronald Qriqor Syuni, həmçinin sovet tədqiqatçıları Emanuel Dolbakyan, Manuk Abeqyan, Aşot Abramyan, Rafik Amramyan, Qriqor Qriqoryan, Suren Yeremyan, Abqar İoannisyan, Yakov Mandanyan, Karapet Məlik Ocaqyan və erməni tarixini sərt tənqid edən digər Qərb erməni alimlərinin pleyadasını diqqətlə öyrənməklə o zaman sadəcə öz ağlının sorğularının nəticəsini yazmışdı, ermənilər hətta psevdotarixi hücumlara görə Cinayət Məcəlləsində uyğun cəza olmadığı üçün təəssüfləndilər.

Lakin burada vacib olan başqa məsələ var. Bir qədər əvvəl ermənilərin soyqırımını inkar edən və erməni tarixinin saxtalaşdırıldığını, əslində isə vətənsiz M Öz tariximizdən hansı nəticəni çıxara bilərik?

Bəzən bizim hərflərimizi yaradıb, Narekatsi, ola bilər Mxitar Qoş, David Anaxt və daha bir neçə doğmamız bizimlə yaşayır və başqa heç nə yoxdur. Yerdə qalanları keçmişdə buraxaq. Qoy onlar nə qədər istəyirlər doğrasınlar, bir-birilərini satsınlar, qovulsunlar, soyqırıma məruz qalsınlar və alçaldılsınlar. Belə olan halda ola bilər ki, öz tariximizdən nəticə çıxara bilək, çünki o artıq bizim tariximiz olmayacaq”.

Bu məqalə Paşinyanın özünün “Aykakan Jamanak” qəzetində 9 dekabr 2005-ci ildə çap olunub. Paşinyan öz məqaləsində erməni tarixini unutmağı səmimi şəkildə təklif edir və “qəhrəmanlıq tarixi” anlayışını dırnaq içində saxlayır. Bütün bu dərin fikirləri jurnalist və baş redaktor olduğu dövrdə tarixçi ünvanına iddia edən Paşinyan siyasət həyatına başlamamışdan əvvəl özünün müxalifyönlü nəşrinin səhifələrində təqdim edib.