Xəbər Lenti
Baxış Sayı: 531

 

Hikmət Hacıyevin adına saxta profillər yaradılıb - Prezidentin köməkçisindən xəbərdarlıq + FOTO

02-11-2020 [00:13]

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tvitter hesabında yazıb.

"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - Prezidentin köməkçisi bildirib.