Xəbər Lenti
Baxış Sayı: 528

                                                  ALLAH RƏHMƏT ELƏSIN!

     Milli Aviasiya Akademiyasının professoru, fizika-riyaziyyat elmləri doktoru Arif  Zeynal oğlu Bədəlov  Mayın 9-da dünyasını dəyişdi.

     A. Z. Bədəlov 1941-ci il mayın 10-da Goranboy rayonunun Hacallı kəndində anadan olmuşdu.

     1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib.  Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. Leninqradda aspiranturanı bitirdikdən sonra dissertasiya müdafiə edərək Fizika İnstitutunda baş elmi işçi təyin edilib.

     1975-ci ildə “Kaspi” elm mərkəzinə laboratoriya müdiri vəzifəsinə köçürülüb.

 1992-ci ildə  o, doktorluq dissertasiyası müdafiə edib.

1993-cü ildə Mingəçevir Energetika İnstitutunda  kafedra müdiri , həmin institut Mingəçevir Politexnik İnstitutuna çevrildikdən sonra isə elmi işlər üzrə prorektor  təyin edilib.

     2007-ci ildə Milli Aviasiya Akademiyasının Radioelektronika kafedrasına professor, az sonra  Aerokosmik cihazlar kafedrasının müdiri təyin edilib.

2018-ci ildən Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin professor-konsultantı və Aerokosmik cihazlar kafedrasının  professoru idi.

      Azərbaycanda və xarici ölkələrdə çap olunmuş bir çox dəyərli elmi məqalənin, monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin, ixtiranın müəllifi olan Arif Zeynal oğlu Bədəlov şərəfli bir ömür yaşadı.

      Sadə, təvazökar, xeyirxah bir insan olan Arif Zeynal oğlunun nurlu siması onu tanıyanların xatirindən heç vaxt silinməyəcək. Allah ona rəhmət eləsin!

T. İ. Nizamov, Ə. İ. İsayev, A. Ə. Quliyev.